Koray Targay: "Azərbaycanın bütün sahələrdə inkişaf etməsi kompliment yox, həqiqətdir"

15 Mart 2013 14:48 (UTC+04:00)

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay təşkilatın Azərbaycandakı cari fəaliyyəti və 2013-cü il üçün gələcək layihələri barəsində ətraflı danışıb.

"Azərbaycanın bütün sahələrdə inkişaf etməsi kompliment yox, həqiqətdir. Ölkəniz doğru yoldadır. Demokratikləşmə, qanunun aliliyinin effektliyinin artırılması, korrupsiya ilə mübarizə, insan alveri kimi beynəlxalq və transmilli cinayətlərə qarşı mübarizə sahəsində dövlət siyasəti düzgün təşkil olunub, Milli Məclisin qəbul etdiyi qanunlar təqdirəlayiqdir", - deyə səfir müsahibəsində bildirib.