"Qalatasaray" "Real"a, Fatih Terim Joze Mourinyoya qarşı!

15 Mart 2013 15:34 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Siasport.az saytı xəbər verir ki, Bakı vaxtilə saat 15:00-da başlayan tədbir UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib. Azərbaycanlı futbol azarkeşlərinin də diqqət mərkəzində olan İstanbulun "Qalatasaray" futbol klubu, 1/4 final mərhələsində Madrid "Real"ı ilə qarşılaşacaq. İlk oyun "Santyaqo Bernabeu"da keçiriləcək. "Barselona" "PSJ" ilə, "Bavariya" "Yuventus"la, "Malaqa" isə "Borussiya" ilə qarşılaşacaq.

"Malaqa" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

"Real" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
PSJ (Fransa) - "Barselona" (İspaniya)
"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya)