"ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər". SİA-nın xəbərinə görə bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında deyib.
ATƏT-in Minsk qrupunun mövcudluğunun zəruriliyinə münasibət bildirərkən nazir qeyd edib ki, ABŞ, Fransa və Rusiya öz milli maraqlarına uyğun siyasət aparır: "Hər üç ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ona görə də hər üç ölkə dünya siyasətində çox mühüm rol oynayır".
Elmar Məmmədyarov hesab edir ki, Azərbaycan gec-tez öz torpaqlarını geri qaytaracaq.
Litva Seymində Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılması məsələsinə toxunan nazir vurğulayıb ki, bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirliyi təlimat alıb.
Ceyhun Eyyubov