Millət vəkili Musa Qasımlı parlamentin bugünkü iclasda çıxışı zamanı nazirlərin bayram günlərində bazarlara və digər satış obyektlərinə reydə çıxmasını təklif edib. SİA-nın məlumatına görə, millət vəkili hesab edir ki, bu reyd bazardakı qiymətlərə və xidmətlərə öz təsirini göstərəcək.
M. Qasımlı həmçinin yerlərdə görüşlərin təşkil edilməsinin müsbət hal olduğunu qeyd edib.
Orduda əsgər ölümü ilə bağlı keçirilən icazəsiz aksiyalara münasibət bildirən deputat bildirib ki, bu aksiyalar güclənən ordumuzun xalqın gözündən salınmasına xidmət edir və bu, yolverilməz haldır. O, eyni zamanda icazəsiz aksiya keçirənlərə müraciət edərək bu aksiyalarda hər hansı bir ölüm faktı qeydə alınarsa, bunun məsuliyyətini kimin və ya hansı təşkilatın öz üzərinə götürəcəyini soruşub.