Millimizin məşqçisi rəqiblərimizin oyununu izləyəcək

15 Mart 2013 10:52 (UTC+04:00)

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Təl-Əviv şəhərində İsrail və Portuqaliya milli komandaları qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, həmin oyunu Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yansen izləyəcək.

Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüsemburq, martın 26-da isə Portuqaliya yığması ilə üz-üzə gələcək.