"Azəri-Star 2011" yarışmasının iştirakçısı, "Eurovision 2012" mahnı müsabiqəsinin seçim turlarının finalçısı Fəqan Səfərovdan yenilik var. O, musiqisi Nailə Mirməmmədliyə və sözləri Rəna Mirzəyevaya məxsus olan "Yalan" adlı mahnısı üzərində çalışır: "Yaxşı mahnı axtarışındayam. İstəyirəm ki, tamaşaçılar mənə dırnaq arası müğənni kimi münasibət bəsləməsinlər. Ona görə daima üzərimdə işləyirəm. Nailə xanımla işlədikdən sonra Murad Ariflə iş birliyimiz olacaq. Onu da deyim ki, qadın müğənnilərin tanınması kişilərə nisbətən daha asandır. Çünki cəmiyyət qadınları daha tez qəbul edir" .
Qeyd edək ki, Fəqan ən çox "Mən istəyirəm" adlı musiqisi ilə tanınıb, sevilib.