21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabahdan (2 gün) Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Siasport.az saytının məlumatına görə, toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Mirhüseyn Seyidov - "Neftçi"
Araz Abdullayev - "Neftçi"
Tərlan Quliyev - "Neftçi"
Kərim Diniyev - "Neftçi"
Elvin Yunuszadə - "Neftçi"
Emin Mehtiyev - "Neftçi"
Emil Balayev - "Neftçi"
Rəşad Əzizov - "Neftçi"
Hacı Əhmədov - "Qarabağ"
Tural İsgəndərov - "Qarabağ"
Şəhriyar Əliyev - "Bakı"
Nurlan Novruzov - "Bakı"
Abdulla Abasiyev - "İnter"
Fuad Bayramov - "İnter"
Amit Quluzadə - "Qəbələ"
Urfan Abbasov - "Qəbələ"
Slavik Alxasov - "Sumqayıt"
Andriy Popoviç - "Turan"
Ruslan Tağızadə - AZAL
Bayram Budaqov - "Dnepr" (Ukrayna)
Taşkın İlter - "Eintracht Braunschweig" (Almaniya)
Fatih Şanlı - "Bergisch Gladbach 09" (Almaniya)
Timur Temeltaş - "Kaiserslautern" (Almaniya)