"Malaqa" keçdi, "Arsenal" "sinifdə qaldı"

14 Mart 2013 09:53 (UTC+04:00)

Çempionlar Liqasının 1/8 mərhələsinin son 2 matçı keçirilib. Siasport az saytının məlumatına görə, "Bavariya" doğma meydanda "Arsenal"ı qəbul edib. Oyun 0:2 hesabi ilə qonaqların xeyirinə bitib, lakin ilk oyunun nəticəsinə əsasən növbəti mərhələyə almanlar çıxıb.

Günün digər qarşılaşması İspaniyada baş tutub. "Malaqa" öz meydanında "Porto"nu qəbul edib. Oyunda həm sevinən, həm də növbəti tura adlayan tərəf meydan sahibləri olub. Görüş 2:0 hesabı ilə bitib.

1/4 fiinala çıxan komandalar:

"Borussiya" (Dortmund, Almaniya)
"Real" (İspaniya)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Barselona" (İspaniya)
"Qalatasaray" (Türkiyə)
"Bavariya" (Almaniya)
"Malaqa" (İspaniya)


13 mart
"Bavariya" (Almaniya) – "Arsenal" (İngiltərə) - 0:2
QOLLAR: Jiru, 3, Koselni, 85
İlk oyun – 3:1

"Malaqa" (İspaniya) – "Porto" (Portuqaliya) - 2:0
QOLLAR: İsko, 43, Santa Krus, 77
İlk oyun – 0:1