Hakimiyyət dəyişikliyi təsdiqləndi

14 Mart 2013 10:09 (UTC+04:00)

Çində hakimiyyət dəyişikliyi öz təsdiqini tapıb. SİA xəbər verir ki, bu gün Çin parlamenti Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Szinpini ölkə prezidenti və Mərkəzi Hərbi Şuranın sədri vəzifələrinə təsdiqləyib.

Qeyd edək ki, ötən ilin noyabrın 15-də Si Szinpin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi postuna seçilib və dövlət başçısı, ali baş komandan Hu Szintaonun varisi elan olunub.