Cüdo üzrə Azərbaycan yığması bu gün Nimburkda (Çexiya) keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Siasport.az saytının məlumatına görə, kollektivin tərkibinə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi – 66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şehmad Maqomedov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi – 100 kq), Vaxtangi Bitiyev və Emil Tahirov (hər ikisi - +100 kq) daxildirlər.
Toplanışda qadın komandası da iştirak edəcək. Komandanın tərkibində Ayişə Qurbanlı (48 kq), Turanə Səidi (52 kq), Kİfayət Qasımova, Şahanə Hüseynova (hər ikisi – 57 kq) və Xanım Hüseynova (63 kq) yer alıblar. Kollektivin Macarıstan, Polşa, Rumıniya, Avstriya və bir çox başqa ölkələrin yığmaları ilə birgə məşqlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 23-dək davam edəcək.