FİFA Cüneyt Çakırı Xorvatiya-Serbiya oyununa baş hakim təyin etdi

14 Mart 2013 11:16 (UTC+04:00)

FİFA türkiyəli hakim Cüneyt Çakıra yeni təyinat verib. Siasport.az saytı xəbər verir ki, "Mançester Yunayted"-"Real" qarşılaşması zamanı, ingilis klubunun portuqaliyalı Naniyə qırmızı vərəqə göstərərək meydandan qovan C.Çakır, dünya mətbuatının bir nömrəli müzakirə mövzusu olmuşdu. Bir çox futbol mütəxəssisləri türkiyəli hakimi sərt tənqid edərək, onun bir daha məsul qarşılaşmalara təyinat almamasının vacibliyini qeyd edirdilər. Amma görünən odur ki, FİFA C.Çakıra olan inamını itirməyib. Belə ki, təcrübəli referi, Dünya Çempionatı çərçivəsində keçiriləcək Xorvatiya-Serbiya qarşılaşmasında ədalət təmsilçisi olacaq. Bu qarşılaşma martın 22-də keçiriləcək.