Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş tədbir

13 Mart 2013 19:34 (UTC+04:00)

Lənkəranda "Heydər Əliyev və Azərbaycanda gender siyasətinin inkişaf aspektləri" mövzusunda dəyirmi masa keçiriliib

Martın 13-də Lənkəranda Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş "Uşaq və ailələrə dəstək mərkəzi" ilə birgə "Heydər Əliyev və Azərbaycanda gender siyasətinin inkişaf aspektləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri birliyin sədri İrada Axundova açaraq Ulu Öndərin ictimai-siyasi fəaliyyəti,onun Azərbaycan dövləti və xalqı qarşısındaki tarixi xidmətlərindən danışıb.

Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva, rayon qadınlar şurasının sədri Elduzə Əhmədova, Əlil qadınlar cəmiyyətinin sədri Gülarə Vəliyeva,Uşaq xəstəxanasının pediatrı Savad Abdullayeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Gülnar Dadaşova, Psixoloq Günay Nəcəfova və Könül Manafova respublika Bəstəkarlar İttifaqının rayon şöbəsinin sədri Zəminə Əliyeva, şəhər 7 saylı məktəbin direktoru Ülviyyə Əliyeva, şəhər təhsil şöbəsinin əməkdaşı Cəmalə Sadıqova və başqaları Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda qadın hərəkatının inkişaf mərhələləri, o cümlədən qadınların cəmiyyətdə rolunun artırılması sahəsində dövlət səviyyəsində görülmüş işlərdən, Ulu Öndərin "Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılması barədə" sərəncamı, "Azərbaycanda Dövlət Qadın siyasətinin həyata keçrilməsi haqqında" fərmanı, dövlət siyasətinin daha mütəşəkkil həyata keçrilməsindən ötrü sair məsələlərdən söhbət açıblar .

Sərraf Mirsəfəroğlu