"Hazırda Dövlət Sosial Müdafiə Fondunun hesabında 70 milyon manatdan çox vəsait var. Qarşıdakı bazar ertəsinə kimi ölkə ərazisində bütün pensiyalar hesablara köçürülmüş olacaq". SİA-nın verdiyi xəbərə görə, bunu DSMF-nin sədri Səlim Müslümov verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, pensiyaların hesablara köçürülməsindəki ləngimə sadəcə olaraq digər rayonlardan olan tələbatlar haqqında məlumatların dəqiqləşdirilməsi ilə bağlıdır: "Artıq bu proses günün birinci yarısında yekunlaşıb. Sabahdan başlayaraq digər rayonların hesablarına həmin vəsaitlər köçürüləcək. Bazar ertəsinə kimi bütün pensiyalar hesablara köçürülmüş olacaq. Yəni heç bir texniki və ya digər problem yoxdur. Hər kəs Novruz bayramına kimi öz pensiyalarını alacaq".
Həmçinin S.Müslümov qeyd etdi ki, artıq Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikası, respublika tabeli şəhərlər, qaçqın və məcburi köçkünləri olan rayonların hesabına vəsaitlər köçürülüb.