Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət edib. SİA-nın məlumatına görə, nümayəndə heyətinin üzvləri Türk Şəhidliyindəki xatirə dəftərinə ürək sözlərini yazıblar.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.