500 nəfər müraciət edib

13 Mart 2013 12:47 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin fevral ayında 140-a yaxını bölgələrdən olmaqla 500-ə yaxın müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Qeyd edək ki, ümumilikdə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 18500-dən çox müraciət edilib. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.