Azərbaycanlı müğənni övladını necə qoruyur?

13 Mart 2013 12:15 (UTC+04:00)

Türkiyədəki musiqi şirkəti ilə müqavilə əsasında əməkdaşlığını davam etdirən müğənni İradə İbrahimova studiya çalışmaları səbəbindən son aylar Bakıya sıx səfər edə bilmir. SİA-nın verdiyi məlumatına görə, bu günlərdə bir çox sualları virtual aləmdən cavablandıran sənətçi fikirlərini geniş publika üçün bölüşüb.

Sənətçi Türkiyədə məhşurlaşmaq istəyən həmkarlarından söz açıb: "Bizim sənətçilərin Türkiyə şou-biznesinə can atması normaldır. Burada müxəlif dillərdə insanlar yaşayır. Bizim dil daha asan başa düşürlər. Bizi sevirlər və qəbul edirlər".

İradə son bir neçə ayda sosial şəbəkələrdən aktiv istifadə etməyə başladığını deyib. O, daha çox İnstagram səhifəsində özünün və ailəsinin fotolarını yayımlayır: " Hər bir ana övladı üçün narahatdır. Üzərində diqqət olanda nəzərə gələcəyindən ehtiyat edir. Mənim virtual dostlarım hər sözünün əvvəlində, maşallah, Allah qorusun kimi ifadələr işlədirlər. Onların səmimiyyəti ailə fotolarımı onlarla paylaşmağıma imkan verir".