Gənc bəstəkar-müğənni Ramal Əsədzadə bir neçə ay bundan öncə təqdim etdiyi "Qayıtsın zaman" mahnısına görə təhdid olunub. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Bu mahnı həqiqətən mənə uğur gətirdi. Amma onu yenidən oxumaq istəyənlər də var. Onlardan hətta biri (adını açıqlamaq istəmir) rədd cavabı aldığı üçün məni təhdid də edir. O gündən bu günə bu müğənni məni gah döydürmək, gah da öldürtməklə hədələyir. Amma mən belə şeylərdən qorxmuram və mahnımı heç kimə vermək fikrində deyiləm".