Baş məşqçi və köməkçiləri oyunları izləyəcək

12 Mart 2013 14:50 (UTC+04:00)

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində "Bakı" FK-nın Təlim-Məşq Bazasında keçiriləcək "Bakı" - "Neftçi" oyununu izləyəcək. Siasport.az saytının məlumatına görə, millinin qapıçılar üzrə məşqçiləri Ulriç Ştayn və Etibar Tarıverdiyev isə Bayıl stadionunda "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmasını izləyəcək.