Şəhər sakini evini yandırdı

12 Mart 2013 15:16 (UTC+04:00)

Gəncə şəhər sakini Roza Əliyeva yaşadığı mənzili yandırıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin rəis müavini Rahib Nadirovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, bu gün səhər saatlarında R.Əliyeva ümumi sahəsi 120 kvm olan 30 kvm-ə od vurub. Nəticə etibarı ilə aidiyyatı orqanların səyi nəticəsində alovun qarşısını almaq mümkün olub. İlkin məlumata görə, qadının anası ilə birlikdə yaşadığı mənzili yandırmasına səbəb ailədaxili münaqişə olub.

Qeyd edək ki, faktla bağlı araşdırmalar başlanılıb.

İlham Məmmədov