TQDK dərslikləri müzakirə etdi

12 Mart 2013 13:20 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ingilis dili dərsliyinin və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclası keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, dərsliklər məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib. Müzakirədə dərslik müəlliflərindən Rəfiqə Əliyeva iştirak edib.

Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrindən internet vasitəsilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edib, dərsliklərlə bağlı fikirlər bildirmiş, təkliflər veriblər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcək.