Yığmamız "Kuban baharı"nda ilk qələbəsini qazandı

12 Mart 2013 11:43 (UTC+04:00)

Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandalar arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk qələbəsini qazanıb. Siasport.az saytının məlumatına görə, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu sabah saat 11:30-da Rusiya komandasına qarşı keçirəcək.