Türkiyədə kürd probleminin həlli istiqamətində İmralıda saxlanılan Abdulla Öcalanla aparılan danışıqların ardınca daha bir xəbər yayılıb. SİA xarci mətbuata əsasən xəbər verir ki, PKK liderinin 21 mart -Novruz bayramında öz səsi ilə kürdlərə müraciət edəcəyi bildirilib. Öcalan çıxışında kürd silahlılarını silahı buraxmağa çağıracaq. Türkiyə mətbuatının yazdığına görə, Öcalan sülhə tələsir və buna görə də meydanlara özü birbaşa müraciət etməyi planlaşdırır. Bu isə sülh elan edildikdən sonra Öcalan barəsində ömürlük həbs qərarının dəyişməsi ehtimalı ilə əlaqələndirilir.
Mətbuat bundan əvvəl Öcalanın silah buraxmaq barədə çağırışının məktub vasitəsilə edəcəyini, ancaq daha sonra fikrini dəyişərək öz səsi ilə yazılan müraciəti səsləndirəcəyini yazır. Ancaq hökumətin Öcalanın belə bir video ilə çıxış etməsinə razılıq verməyəcəyi vurğulanır.