Bu axşam UEFA Çempionlar Liqasının 1\8 final mərhələsi çərçivəsində "Milan"la qarşılaşacaq "Barselona" klubunda möcüzəyə inanırlar. Siasport.az saytı xəbər verir ki, "Barselona"lı Cerard Pike, jurnalistlərlə söhbətində bildirib ki, o və komanda yoldaşları "Barselona"nın əsl gücünü ortaya qoyaraq, bu qarşılaşmada "Milan"a sarsıdıcı zərbə vurmaq üçün meydana çıxacaqlar: "Biz "Barselona"nın tarixində ən yaxşı heyətə malikik. Oyun günü stadiona gələcək 90 min "Barselona"lı azarkeş də bizə inanmalıdırlar. Bizim onlardan istəyimiz, 90 dəqiqə ərzində dayanmadan bizi ruhlandırmaları olacaq"-deyə G.Pike fikrini tamamlayıb.