Millinin məşqçiləri Zaqatalaya gedəcək

11 Mart 2013 16:33 (UTC+04:00)

Azərbaycanın milli komandasının məşqçiləri Nazim Süleymanov və Olaf Yansen Zaqatala şəhərinə gedəcəklər. Siasport.az saytının məlumatına görə, onlar Topaz Premyer Liqasının XXIII turu çərçivəsində sabah Zaqatalada keçiriləcək "Simurq" – "Qarabağ" oyununu izləyəcəklər.