"Ford" avtomobilini geri çağırır

11 Mart 2013 11:25 (UTC+04:00)

Amerikanın avtomobil nəhəngi "Ford" 230 min avtomobilin geri çağrılması ilə bağlı bəyanat yayıb. Problem kresloların bərkidildiyi yerdəki materialların korroziyaya uğraması ilə bağlıdır. SİA-nın məlumatına görə, bu barədə kompaniyanın təmsilçisi Kelli Felker məlumat verib.

Onun sözlərinə görə, belə bir qüsur üçüncü cərgə kreslolarının qatlanmasını nəzərə çarpacaq qədər çətinləşdirə bilər. Əsasən 2004-2007-ci illərdə istehsal olunmuş mini "Ford Freestar" və "Mercury Monterey" maşınlarında bu qüsur aşkarlanıb.

Qüsurun aradan qaldırılması məsələsi ilə kompaniyanın bütün diler mərkəzləri məşğul olacaq, üçüncü cərgə oturacaqların kronşteyləri əvəz olunacaq. Həmçinin K.Felkler qeyd edib ki, avtomobillərin əsas hissəsi, daha dəqiq isə196 min avtomobil məhz ABŞ-da geri çağırılacaq.
Qeyd edək ki, "Ford" şirkəti 1903-cü ildə Henri Ford tərəfindən təsis edilib . O, ilk dəfə müxtəlif maşınların hissələrini birləşdirərək klassik avtomobilin yaradıcısı kimi tarixə düşüb.