Azərbaycan Superkuboku geri dönür

11 Mart 2013 15:54 (UTC+04:00)

Azərbaycan Superkuboku uğrunda oyun yenidən bərpa olunur. Siasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası bu titul uğrunda həlledici matçın vaxtını açıqlayıb. Superkubok uğrunda oyun 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bu isə 2014-ci ilin iyunun son 10 günlüyünə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 18 il əvvəl -1995-ci ildə keçirilib. İndiyə kimi 3 dəfə keçirilən bu kuboku iki dəfə "Neftçi", bir dəfə "Qarabağ" qazanıb.