Türkiyənin prezidenti Abdulla Gül yeni çəkilən "Kelebeyin Rüyası" (Kəpənəyin Yuxusu) filmini çox bəyənib və bu münasibətlə bütün yaradıcı heyəti təbrik edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, prezident gənc yaşda vərəm xəstəliyindən ölən şairlərin həyatından bəhs edən filmi bəyənib.
Abdulla Gül twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində film haqqında fikirlərini bildirib.
Hər kəsə xoş istirahət arzulayan Gül, Yılmaz Ərdoğanın göndərdiyi filmi dünən gecə həyat yoldaşı ilə izlədiyini deyərək bildirib: "Həqiqətən filmi çox bəyəndik. Aktyorları da təbrik edirəm çox gözəl rollarını canlandırıblar".
Qeyd edək ki, filmin rejissoru Yılmaz Ərdoğandır. Baş rollarda isə hamının "Aşkı Memnu" serialından tanıdığı Kıvanç Tatlıtuğ, Belçim Bilgin və Mert Fırat şəkiliblər.