Bala qarışqaları kölə olaraq işlədirlər..

9 Mart 2013 15:26 (UTC+04:00)

Qarışqaların boyları 2 - 7 mm arasında dəyişir. Ancaq "dülgər" qarışqalar olaraq tanınan növlərin boyu 4-5 sm-ə qədər ola bilər. Hər qarışqa koloniyasında ən az bir dənə kraliça var. Qarışqalarda iki ədəd mədə olur. Birində yeməyi öz üçün saxlayar, o birində isə digər qarışqalarla paylaşacağı yeməkləri. Qarışqalar böcək növləri içində ən böyük beyinə malikdir.

Bəzi qarışqalar gündə 7 saata qədər yata bilir. Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi və hətta moruq rənglərində ola bilərlər. Bir qarışqa öz ağırlığının 20 qatını qaldıra bilər. Yetkin bir qarışqa qatı yeməkləri uda bilmir, yeməklərin suyunu soraraq bəslənər. Qarışqalar yalnız toxunmaq deyil, qoxu almaq üçün də antenalarını istifadə edirlər.

Kraliça qarışqalar doğuşdan qanadlara malikdir. Başqa koloniyalar qurmaq üçün yuvadan ayrıldıqları zaman qanadları qırılır. Qara qarışqalar və taxta qarışqalarının iynəsi yoxdur. Onun yerinə formik turşu püskürürlər.

Tropik bölgələrdə yaşayan yarpaq kəsici qarışqalar, iti çənələri ilə yarpaqları kəsir və bunları yuvalarına daşıyır. Lakin bu yarpaqları yemək olaraq deyil, göbələk çıxarmaq üçün istifadə edirlər. Göbələklərdən özləri üçün lazımlı olan zülalı əldə edirlər. Yarpaqların evə daşınmasında, göbələk bağçalarının ekilip yemək əldə edilməsinə qədər keçən müddətdə içəridə və çöldə bir çox işçi qarışqa çalışır. Koloniyaların iş bölümü vardır. İşçi qarışqalar, yuvanın içindəki zibili çölə daşımaqla və xüsusi zibilliyə götürməklə məsuldur.

İşçi qarışqa çöldə bir yemək qaynağı tapdığında, koloniyadakı digər qarışqaları bura çəkmək üçün xüsusi bir qoxu buraxır.

İşçi qarışqalar başqa qarışqaların yuvalarına hücum edir və yumurtalarını oğurlayır. Bu yumurtalar qırılıb, bala qarışqalar çıxdığında koloniyalarda kölə olaraq işləyirlər. Qarışqalar ümumi olaraq isti iqlimlərdə yaşayarlar. Yer üzündə elm aləminə məlum olan 10000 qarışqa növü yaşayır. Bir qarışqanın ömrü orta hesabla 45-60 gündür.

Qarışqaların sürətli qaçmalarını təmin edəcək uzun qıçları var. Qarışqaların ən böyük düşməni insanlardır.