YouTube istifadəçiləri arasında ən reytinqli müğənni müəyyən olunub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, birinci yerdə Yolka olub. Onun izləyicilərinin sayı 14 milyonu keçib.
Ukrayna müğənniləri arasında ikinci yeri Vera Brejnevanın "Любовь спасет мир " mahnısı tutub. Bu mahnı reytinqə görə 10 milyon izləyici qazanıb.
Üçüncü yerdə isə "Eurovision 2008" yarışmasının iştirakçısı Ani Lorakın olub. Onun "Shady Lady" musiqisini yarım milyon tamaşaçı izləyib.