Yığmamız məğlub oldu

9 Mart 2013 09:14 (UTC+04:00)

Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandalar arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması dünən ikinci oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.