İstanbulun "Fənərbaxça" futbol klubunun Çexiyada "Viktoriya" klubunu məğlub edərək, UEFA Avropa Liqasının 1/4 final mərhələsinə adlamaq üçün böyük şans qazanması, ciddi rezonans doğurub. Siasport.az saytı xəbər verir ki, alman mütəxəssis Kristof Daumun arxasınca, "Fənərbaxça"nın keçmiş futbolçusu, hazırda "NTVspor" telekanalında şərhçi kimi çalışan Rıdvan Dilmən maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, komandadakı hazırkı əhval-ruhiyyə, futbolçularla məşqçilər arasındakı sıx birlik komandanın finala qədər irəliləməsi üçün əsas faktordur. R.Dilmən bildirib ki, hazırkı ulduz futbolçuların bir-biri ilə uyğun şəkildə futbol oynamaları, futbolçulardakı istək və mücadilə əzmi "Fənərbaxça" üçün böyük şansdır.