"Real"ın arzusu yenə ürəyində qaldı...

9 Mart 2013 10:26 (UTC+04:00)

Madrid "Real"ının arzusu yenə ürəyində qalıb. Siasport.az saytı xəbər verir ki, İspaniya Futbol Federasiyası, kral klubunun daha bir istəyini rədd edib. Futbol Federasiyası, "Real"ın İspaniya Kral Kubokunun final qarşılaşmasının "Barselona"nın stadionunda keçirilməsi ilə bağlı müraciətini müzakirə edərək, mənfi qərar çıxarıb. Məlumata əsasən, Federasiya iki klub arasındakı tarixi rəqabəti nəzərə alaraq, bu istəyi gerçəkləşdirməyib.