İstanbulun "Qalatasaray" futbol klubu, bu gün axşam "Genclerbirligi" ilə keçirəcəyi qarşılaşmaya Didye Droqbasız çıxacaq. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim, ulduz futbolçunu bir neçə gün bundan sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Şalke" ilə keçiriləcək oyuna hazırlayır. Türkiyə mətbuatı xəbər verir ki, "İmperator" ləqəbli təcrübəli futbol mütəxəssisi, D.Droqbadan başqa, Nanyını da Almaniyada keçiriləcək qarşılaşmada meydana buraxmaq üçün ayrıca proqram hazırlayıb.