Böyükağa Hacıyev: "Bəzi futbolçulardan narazı qaldım"

8 Mart 2013 11:37 (UTC+04:00)

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Simurq"la qarşılaşan "Neftçi" oyunun 120-ci dəqiqəsində Flavinyonun vurduğu qolla mərhələni keçən tərəf olub. Siasport.az saytı matçdan sorna baş məşqçilərin mətbuat konfransında bildirdikləri fikirləri nəzərinizə çatdırır:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Ağır oyun olacağını bilirdim. Yaxşı qarşılaşma oldu, əks-hücumlarda oynadıq. Mario Bojiçin aldığı qırmızı vərəqə oyunumuza təsir etdi. Məğlub olduğumuz üçün təəssüflənirəm".

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Ağır oyun idi, hər iki komanda yaxşı çıxış etdi. Bəzi futbolçulardan narazı qaldım, onlar meydanda sanki yatmışdılar. Komandaya istirahət verilməyəcək. Sabahdan etibarən çempionatda "Bakı"ya qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq".