Gəncə şəhərində narkotik vasitə istifadə edən Yevlax rayon sakini Vüqar Musayev saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 33 yaşlı V.Musayevin üzərindən 30.48 qram heroin, "VAZ 21015" markalı avtomobilindən isə 403.71 qram marixuana götürülüb.
İlkin dindirilmə zamanı o, qadağan olunan psixotrop maddənin Kür çayının sahilindən yabanı halda bitən kollardan yığdığını iddia edib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.
İlham Məmmədov