Seymur Orucov gənclərlə görüşüb FOTO

7 Mart 2013 11:38 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Bakı Metropoliten gənclərilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı Metropolitenin rəisi Tağı Əhmədov bu görüşün əhəmiyyətindən söz açıb. T.Əhmədov qeyd edib ki, ölkəmizdə gənclərə böyük qayğı göstərilir və onların sosial problemləri daim önə çəkilir. Onlar üçün bütün imkanlar yaradılır. Siz gənclər bugünkü inkişafdan faydalanmalı və ölkəmizin inkişafı naminə çalışmalısız.

T.Əhmədov xususi qeyd etdi ki, Azərbaycan gəncləri tarixən milli dəyərlərə sadiq, azərbaycançılığa bağlı və vətənpərvər ruhda tərbiyə olunub: "Bu bizim tariximizdən qaynaqlanır. İnanıram ki, bugünkü gənc nəsil də bu ənənəni uğurla davam etdirəcək".

Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov görüşlə bağlı xoş təəssüratlarını ifadə etdi: "Bu gün bizlər müasir kommunikasiya texnologiyaları əsrinin sakinləriyik. Bu məkan hər kəsə eyni imkanlar tanıyır, dünya bu istiqamətdə sürətlə inkişaf edir. Azərbaycan gəncləri olaraq bizlər bu inkişafa qoşulmalı, müasir texnologiyalardan ölkəmizin inkişafı naminə istifadə etməliyik".

GB-nin sədri həmçinin qeyd etdi ki, bu gün gənclər öz fikirlərini sosial şəbəkələrdə bölüşür: "İnsanların ünsiyyət formaları sosial səbəklərdə yeni istiqamət almaqdadır, bu baxımdan fəal gənclərimiz sosial şəbəkələrdə dövlətçiliyimizi müdafiə edərək bugünkü inkişafimızdan söz açırlar. Bu baxımdan Bakı Metropolitenin gəncləri daha fəaldır".

Daha sonra tədbirdə söz alan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev Yasamal Rayon Gənclər Birliyinin fəaliyyətindən söz açıb. B. Nəbiyev qeyd etdi ki, gənclərimiz ölkənin uğurlu inkişafının əsas sütunları və müasir Azərbaycanın ən xoşbəxt sakinləridir: "Bu gün ölkəmiz dinamik inkişaf yolundadır və bu inkişafın ən çox faydası gənc nəsilə, onların rahat yaşamasına yönəlib".

Qeyd edək ki, tədbirin sonunda gənclər də öz növbəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Seymur Orucovu salamlayıb, onlara göstərilən qayğıdan məmnunluq hisslərini ifadə etdilər. Sonda gənclərin maraqlı təklifləri dinlənildi.