İranın paytaxtı Tehran yeni müharibəyə başlayıb. Bu dəfə müharibə ölkə əhalisini narahat edən siçovullarla olacaq. SİA fars mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, artıq ölkə ərazisində 2 minə yaxın siçovul məhv edilib.
Ekspertlərin sözlərinə görə, ölkədə baş alıb gedən bu siçovullar mutant xarakteri daşıyır. Belə ki, bu siçanların belə geniş yayılması ölkədə bir ildən artıq müddətdir istehsal edilən kimyəvi maddələrlə izah edilir.
Ölkəni bürüyən siçovullar 1-5 kq çəkisindədirlər. Siçovullara hələ ki, təkcə Tehran ərazisində rast gəlinsə də, onların məhv edilməyəcəyi təqdirdə başqa şəhərlərə də yayılacağı istisna edilmir.