Qadın hakimimiz haqda şok məlumatlar yayılıb

6 Mart 2013 14:54 (UTC+04:00)

"Cəsur gözəllər" qızlardan ibarət komanda reality-şousunun qalibi Lamiyə Sadıqova haqda şok xəbər yayılıb. Siasport.az saytının Azxeber.com-a istinadən verdiyi məlumata görə, Lamiyə Sadıqova Bakı şəhərində fırıldaqçılıqla məşğuldu. Qazaxdan valideynləri qızı Lamiyəni təhsil üçün göndərsə də Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan Lamiyə tələbə yoldaşlarının dediyinə görə dərslərə getmir, əvəzində bütün gecə klublarda vaxtını öldürür. Kəndli qız kompleksi yaşayan və ləhcə ilə danışan 21 yaşlı gənc Lamiyə şəhər atmosferində çaş-baş qalıb. Bir neçə vətəndaşa telefon və pul "atmaq"la məşğul olan Lamiyə Sadıqova pul oğurluğuna görə şübhəli şəxs qismində Nərimanov rayonu polis bölməsində izahat verməli olub. Məlumata görə, Lamiyə oğlan "dostlarının" telefon və pulunu oğurlayıb.

Qeyd edək ki, L.Sadıqova hakimliklə məşğuldur. O, 17 yaşadək gənclərin futbol oyunlarını idarə edir.