Müğənni Zamiq Hüseynovdan xəbər var. Bir neçə gündür Dubay və Maldiv adalarından istirahətdən qayıdan müğənni yaradıcılıq işlərinə start verib. SİA-nın verdiyi xəbərə görə, Zamiq ifa etdiyi mahnılardan ibarət karoeke albom hazırlayır. Müğənni bu albomu hazırlamaqla ilkə imza atmış olacaq. Belə ki, ən çox dünya ölkələrində rastlaşdığımız karoeke albomunu Zamiqə qədər Azərbaycanda heç kim etməyib. Albomda Zamiqin həmkarı Röya ilə baş tutacaq yeni duetinin də yer alacağı gözlənilir.