"Novruz Bayramı ərəfəsində Bakı şəhərində 4 gün ərzində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq". SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov belə deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq paytaxtda Novruz Bayramı ərəfəsində keçirilən kənd təsərrüfatı yarmarkaları martın 16-19-da təşkil olunacaq: "Nazirlik indiyədək bütün bayram günlərində yarmarkalar keçirib. Çalışacağıq ki, bayram süfrəsi üçün daha önəmli olan məhsulların satışını həyata keçirək. Bununla yanaşı, digər məhsulların da satışı təşkil olunacaq".