Gürcüstanda baş verənlər bütövlükdə Cənubi Qafqaz regionuna təsir edə bilər. SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq sonu ciddi nəticələrə gətirib çıxara biləcək proseslərin bünövrəsi qoyulub: "Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili Ermənistan və Rusiyaya meyl etməklə regionda müstəqillik illərində formalaşmış siyasi arxitekturanı dağıdır. Bu ermənilərin daha da arxivləşməsinə səbəb olacaq".