Gürcüstanda baş verənlər Cənubi Qafqaza təsir edə bilər

6 Mart 2013 13:22 (UTC+04:00)

"Gürcüstanda baş verənlər bütövlükdə Cənubi Qafqaz regionuna təsir edə bilər". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, sonu ciddi nəticələrə gətirib çıxara biləcək proseslərin bünövrəsi artıq qoyulub: "Yeni baş nazir Bidzina İvanaşvilli Ermənistan və Rusiyaya meyl etməklə regionda müstəqillik illərində formalaşmış siyasi arxitekturanı dağıdır".

Politoloq həmçinin qeyd edib ki, bu, ermənilərin daha da aktivləşməsinə səbəb ola bilər.

Ceyhun Eyyubov