16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Latviyada təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı martın 24-dən 30-dək davam edəcək. Baş məşqçi Aslan Kərimovun yetirmələri toplanış zamanı iki yoxlama oyununa da çıxacaqlar. U-16-nın rəqibi Latviyanın eyni yaşlı futbolçulardan ibarət yığması olacaq.
Qeyd edək ki, Latviya - Azərbaycan duellərindən birincisi martın 28-də keçiriləcək. Digər qarşılaşma isə iki gün sonra oynanılacaq.