"Xalçalar Sibel Canı reklam edir"

6 Mart 2013 12:18 (UTC+04:00)

Tanınmış türk müğənnisi Sibel Canın rol aldığı reklam çarxı sosial şəbəkələrdə insanların qınaq obyektinə çevrilib. SİA-nın məlumatına görə, Can türk firmalarından birinin xalçalarını reklam edib. Lakin sosial şəbəkə istifadəçiləri reklam filmində xalçalardan çox Sibel Canın göründüyünü qeyd ediblər: "Guya xalça reklamıdır, amma xalçalardan çox Sibel Canın şəxsi reklamına oxşayır".