Sayışmanın peşəsinə böyük həvəsi

6 Mart 2013 09:36 (UTC+04:00)

Azərbaycan, bəzi fars ölkələri, o cümlədən Türkiyədə böyük maraqla izlənilən "Lale Devri" teleserialında baş rolu canlandıran yaraşıqlı aktyor Tolgahan Sayışman peşəsinə olan həvəsini bir daha təstiq edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Sayışman səhhətində olan bəzi problemlərlə əlaqədar əməliyyat keçirib. Lakin əməliyyat başa çatdıqdan dərhal sonra serialın çəkimlərinə davam edib. Təxminən 20 gün evində istirahət edən aktyor ağrılarının davam etməsinə baxmayaraq, işinə dönməyi daha vacib hiss edib. Sənəti üçün darıxdığını dilə gətirən yaraşıqlı aktyor hərəkət etməkdə hələ də çətinlik çəkir.