Samir Bağırov bıçaqlandı

5 Mart 2013 22:24 (UTC+04:00)

Bakı sakinini bıçaqlayıb qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin saytının yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Samir Bağırova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Axundov tutulub.