Sabah şimal-qərb küləyi əsəcək..

5 Mart 2013 17:39 (UTC+04:00)

Sabah hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru isə temperatur 0 dərəcəyə yaxınlaşacaq.

Ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.