“8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

5 Mart 2013 13:09 (UTC+04:00)

Bu gün 160 saylı klassik gimnaziyada "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Səbail rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Əlmaniz Ələkbərov, Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndələri Simuzər Əliyeva, Gülnarə Zeynalabdinova, gimnaziyanın müəllim və şagird heyəti iştirak edib. Gimnaziyanın direktoru Faina Ələkbərova "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Bildirib ki, Azərbaycan qadını özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə hər zaman seçilib: "Şərqda ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilib. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapıb".

Daha sonra gimnaziyanın şagirdləri hər iki bayram münasibətilə müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər və mahnılar səsləndiriblər.