Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon İdman İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş 1998-2000-ci il təvəllüdlü idmançılar arasında IV ənənəvi Beynəlxalq cüdo turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Gürcüstan cüdoçuları da iştirak ediblər. Yekun nəticələrə görə, 34 kq çəki dərəcəsində I yerə Rəşad Yelkiyev (Bakı Təhsil), 38 kq çəki dərəcəsində Rəşad Dünyamalıyev (Qəbələ), 42 kq çəki dərəcəsində Kamil Əliyev (12№-li UGİM), 46 kq çəki dərəcəsində Hikmət Fərziyev (BCK), 50 kq çəki dərəcəsində İbrahim Əliyev (Qəbələ), 55 kq çəki dərəcəsində Abdulcəlal Hüseynov (12№-li UGİM), 60 kq çəki dərəcəsində Kənan Quluzadə (Qəbələ), 66 kq çəki dərəcəsində Elvar Abdullayev (Qəbələ), 73 kq çəki dərəcəsində Samir Mahmudov (Qəbələ), 81 kq çəki dərəcəsində Azər Yaqubov (ROİL), +81 kq çəki dərəcəsində Xalid Mehdiyev (Qəbələ) layiq görülüb.