Paytaxtda su olmayacaq

5 Mart 2013 11:25 (UTC+04:00)

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Vaqif prospektində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. "Azərsu" ASC-nin mətbuat xidməti şöbəsindən SİA-ya verilən məlumata görə, bu işlərlə əlaqədar martın 5-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və Ağa Nemətulla küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.